DİM diplomatik xidmətə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən namizədlərə müraciət edib
17-01-2022, 14:24
254

DİM diplomatik xidmətə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən namizədlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.
DİM-dən TehsilForumu.Az - a bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.
Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü namizədlər tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
0 0

Şərhlər

Oxşar xəbərlər