Cəlilabadda məktəbdə külli miqdarda mənimsəmə olub
23-09-2023, 13:39
1 008

Cəlilabadda məktəbdə külli miqdarda mənimsəmə olub

TehsilForumu.Az xəbər verir ki , Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.



Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.



Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.



Hazırda iş üzrə ibtidai istintaq davam edir.tehsil.biz 
0 0

Şərhlər

Oxşar xəbərlər