Masallıda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib
22-02-2023, 16:00
386

Masallıda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

TehsilForumu.Az Tehsil.biz istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, istintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
0 0

Şərhlər

Oxşar xəbərlər