Məktəblilərə 10 manata bilet satılması məsələsi araşdırılır - FOTO
25-12-2022, 12:25
461

Məktəblilərə 10 manata bilet satılması məsələsi araşdırılır - FOTO

Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərdə şagirdlərə Yeni il bayramına həsr olunmuş şənlik üçün biletlər satılır.

TehsilForumu.Az Tehsil.biz - ə istinadən xəbər verir ki, bu barədə "Tehsil.biz"in redaksiyasına daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, biletlərin satılmasında məqsəd pul qazanmaqdır.

Belə ki, 10 manata satılan biletlər Sumqayıt və Abşeron üzrə məktəblərə paylanılıb.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən "Tehsil.biz"ə məsələnin aydınlaşdırılacağı bildirildi.
0 0

Şərhlər

Oxşar xəbərlər