Ümumi / Müsahibə
20-02-2025, 20:40
421
"Erkən nikah məhz belə məktəblərdə baş verir" - Təhsil eksperti
"Azərbaycanda qızların təhsil alma mövzusu, əsasən kəndlərdə çox ciddi problem olaraq qalır. Elə rayon və kəndlər var ki, orada 5-6-cı sinifdən sonra qızların dərsə davam etməsi demək olar ki, minimuma enir".
TehsilForumu.Az redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.
"Çox qəribədir ki, bu gün həmin təhsil müəssisələri ilə bağlı təhlillər aparılmır. Bəlkə də təhlillər aparılır, amma nəticəsi yoxdur. Mənim təhsil aldığım Şamaxı rayonu, Quşçu kəndində məzun olanlar arasında 3-4 nəfər tapılar ki, onlar da ən yaxşı halda kollec səviyyəsi və ya 1-2-si ali təhsil müəssisəsini qazanmış olar. Bu, sadəcə mənim təhsil aldığım məktəbə aiddir. Onlarla belə nümunələr çəkmək olar. Sırf belə halların qarşısının alınması üçün çox çalışmaq lazımdır", - həmsöhbətimiz dedi.

Şərhlər