Təhsil Naziri Qubada vətəndaşları qəbul edib
19-05-2022, 08:22
465

Təhsil Naziri Qubada vətəndaşları qəbul edib

TehsilForumu.Az Mayın 13-də təhsil naziri Emin Əmrullayev Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini, habelə bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul, işə qəbul və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Nazir qəbula yazılan vətəndaşların müraciət, şikayət və təkliflərinə operativ şəkildə baxılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verib
0 0

Şərhlər

Oxşar xəbərlər