Qubada şəhid Aydəmir Hacıyevin xatirəsi əbədiləşdirilib
8-12-2021, 11:16
617

Qubada şəhid Aydəmir Hacıyevin xatirəsi əbədiləşdirilib

Qubada torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Aydəmir Hacıyevin xatirəsini əbədiləşdirmək məqsədilə Qırımızı Qəsəbədə bulaq kompleksi istifadəyə verilib.

Kompleksin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

TehsilForumu.Az xəbər verir ki, anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, Aydəmir Hacıyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Hacıyev Aydəmir Sənan oğlu 1992-ci il martın 7-də Qubadakı Qırmızı Qəsəbədə doğulub. Aydəmir səfərbərlik çağırışı əsasında cəbhəyə yollanıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Xocavəndin Zoğalbulaq kəndi istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Aydəmir Hacıyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.06.11.2021


 Allah rəhmət eləsin Şəhidlərimizə
0 0

Şərhlər

Oxşar xəbərlər