
Praktika dövrünü maksimum dəyərləndir! Tələbələrin gələcək karyerası üçün 5 ADDIM
Ali məktəbdə təhsil alan tələbələr praktika dövrü əldə etdikləri nəzəri bilik və bacarıqlara praktiki baxımdan daha da dərindən yiyələnməsi üçün nəzərdə tutulub.
TehsilForumu.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, təcrübə müddəti üçün nəzərdə tutulan proqramın lazımi səviyyədə mənimsənilməsi ilə hədəfə çatmaq mümkündür. Çünki tələbələr üçün praktik təcrübə onların gələcək karyeralarını qurmalarında mühüm rol oynayır.
Bu dövrü daha effektiv və faydalı etmək üçün həm tələbələr, həm də müəssisələr bir neçə ciddi addımlar atmalıdırlar.
· Dəqiq məqsəd müəyyənləşdirmək – Tələbələr praktika müddətində öyrənmək istədikləri bacarıqları əvvəlcədən müəyyən etməli və ona uyğun plan qurmalıdırlar.· Aktiv iştirak – İş mühitində fəal olmaq, yeni tapşırıqları qəbul etmək və təşəbbüskarlıq göstərmək tələbənin təcrübəsini daha dəyərli edir.
· Mentordan faydalanmaq – Təcrübəli əməkdaşlardan öyrənmək, suallar vermək və onların məsləhətlərinə qulaq asmaq və ən vacibi vaxtı düzgün dəyərləndirmək tələbələr üçün böyük üstünlükdür.
· Şəbəkələşmək – İş mühitində yeni insanlarla tanış olmaq və əlaqələr qurmaq gələcək karyera üçün qapılar açır.
· Geri dönüş almaq – İşəgötürənlər və rəhbərlərdən rəy almaq, zəif və güclü tərəfləri analiz edərək inkişaf etdirmək mühüm amildir.
Praktika dövrünü səmərəli keçirmək tələbələrin iş həyatına uğurlu keçid etməsinə kömək edəcək. Müəssisələr də gənclərə real iş mühiti yaratmaqla onların inkişafına dəstək olmalıdır, yetər ki, təcrübə müddətinə gələcəyinin zəmanəti kimi yanaşılsın.
Aymirə Ağamirova
TehsilForumu.Az
Şərhlər