Rəsmi
9-12-2021, 22:09
698
Eşqi Bağırov Ağcabədi və Laçın rayonları üzrə ümumi təhsil müəssisələrində olub - Fotolar
Cənab nazir Emin Əmrullayevin müvafiq əmrilə 8-9 dekabr tarixlərində Ağcabədi və Laçın rayon üzrə ümumi təhsil müəssisələrində oldum".
TehsilForumu.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov öz sosial hesabından məlumat verib.
O, təhsil işçiləri - müəllimlər, direktorlar, təhsil şöbələrinin əməkdaşları, həmçinin məktəblilərlə görüşdüyünü bildirib.
"Məni ən çox qürurlandıran gənc müəllimlərimiz oldu. Çox sevinirəm ki, uzaq məsafəyə, hava şəraitinə baxmadan müəllimlərimiz kənd məktəblərində işləməyi seçirlər. Onların cəsarətli nitqi, əzmi, şagirdlərlə rəftarı və gələcəklə bağlı düşüncələri məni qürurlandırdı.
Görüşlərimiz davam edir", -deyə E.Bağırov qeyd edib.
Şərhlər