Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib
30-11-2021, 17:01
253

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

TehsilForumu.Az xəbər verir ki, 30 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ hərbi liseylərə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirə nəticəsində tapşırıqların hər biri dərsliklərlə tutuşdurulmuş, doğru cavablar dəqiqləşdirilmişdir.

İmtahan modelində kimyəvi proses və hadisələrin mahiyyətinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verilmişdir. Modeldə həmçinin Eyler-Venn diaqramından da istifadə edilmişdir.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Hərbi liseylərə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

İşçi qrupunun növbəti iclası 7 dekabr 2021-ci il tarixində olacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər