Qəbul və buraxılış imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
23-11-2021, 10:55
396

Qəbul və buraxılış imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.
DİM-dən Tehsilaforumu.Az.-a bildirilib ki, iclasda Azərbaycan dili fənni üzrə qəbul imtahanları modelinə, ingilis dili fənni üzrə isə buraxılış imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
İmtahan modellərində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilib. Mətn seçiminə, ona aid tapşırıqların verilməsinə xüsusi diqqət yetirilib. Ötən illərdə olduğu kimi, yenə də Eyler-Venn diaqramından və klasterdən istifadə edilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Buraxılış imtahanı modellərinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri isə “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
Noyabrın 29-da müzakirələr davam etdiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər