Birinci ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub
24-11-2021, 07:32
271

Birinci ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub

Noyabrın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən TehsilForumu.Az -a bildirilib ki, iclasda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.


İmtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadə edilib.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

İşçi qrupunun növbəti iclası noyabrın 30-da olacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər