Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...”
9-12-2021, 13:52
669

Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...”

Mən daha Təhsil Nazirliyi yanında İctimai Şura haqqında danışmaq istəmirəm”.

TehsilForumu.Az.xəbər verir ki , bu sözləri sabiq təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şura haqqında bundan öncəki açıqlaması qalmaqal yaradıb:

“Elə sizə müsahibə verdim və danışığım qalmaqal yaratdı. Ona görə daha bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, bu gün saat 11:00-da Təhsil Nazirliyi yanında İctimai Şuranın sədrliyinə seçkilər keçirilib. Bəzi məlumatlara görə, İctimai Şuranın üzvləri arasında sədrlik postu uğrunda ciddi mübarizə gedib.

Günel Səfərova İctimai Şuranın yeni sədri seçilib.
0 0

Şərhlər

Oxşar xəbərlər