İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim təşkil olunub
8-12-2021, 15:37
514

İKT bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim təşkil olunub

TehsilForumu.Az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi (DTKTM) informasiya və kommunikasiya texnologiyaları (İKT) bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim təşkil edib.


Ali təhsil ocağının tyutor və laborantlarının iştirak etdiyi tədbir çərçivəsində praktik təlim metodundan yararlanaraq siyahıların formalaşdırılması, cədvəllərin qurulması, sadə statistikaların çıxarılması və hazır cədvəllər üzərində iş bacarıqları daha da inkişaf etdirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər