
Ümumi
7-12-2021, 21:56
661
Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda tədbirlər keçirilib.
TehsilForumu.Az xəbər verir ki, Bu gün Quba Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun Dağlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib.
Karantinqaydalarına uyğun təşkil edilən tədbirdə Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı, məktəbin pedaqoji heyəti, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin əməkdaşları narkomaniyanın fəsadları, cəmiyyətə vurduğu zərərlər barədə şagirdlərə geniş məlumat veriblər. Narkotiklərlə mübarizə sahəsində ölkədə görülən işlər, polis əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və onların nəticələri barədə danışılıb.
Daha sonra çıxış rayon icra hakimiyyətinin, səhiyyə və təhsil idarələrinin nümayəndələri narkotiklərin cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən qonaqlar ölkəmizin gələcəyi olan şagirdlərin sağlam düşüncəli insan olaraq yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.
Şərhlər