Narkomaniyaya yox deyək mövzusunda maarifləndirici tədbir keçirilmişdir
25-11-2021, 22:13
771

Narkomaniyaya yox deyək mövzusunda maarifləndirici tədbir keçirilmişdir


TehsilForumu.Az
xəbər verir ki, Quba rayonu Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdə - 25 noyabr 2021 - ci il tarixdə Narkomaniyaya yox deyək mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Maarifləndirici tədbirdə Birinci Nüqədi iki sayılı məktəbin direktoru  Vüqar İmaməliyev narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd edib ki,  narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.

Məruzəçilər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat vermişlər. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib.

Qeyd ediblər ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.Bildirilib ki, narkomaniya Azərbaycan şagirdləri,  tələbələri üçün də böyük təhlükədir. 

Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir

Çıxış edən məruzəçilər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.
0 0

Şərhlər

Oxşar xəbərlər