
Ümumi
6-12-2021, 10:57
454
Cəlilabadda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
Cəlilabadda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TehsilForumu.Az məlumat verir ki, Cəlilabad şəhər sakini C.Nəcəfova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə C.Nəcəfovun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
C.Nəcəfovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.
Şərhlər