Siyəzəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi müəyyən olunub
11-12-2021, 16:55
504

Siyəzəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi müəyyən olunub

Siyəzən rayon sakini Habil Əliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.


TehsilForumu.Az məlumat verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.


Faktla bağlı RPŞ-də araşdırma aparılır.
0 0

Şərhlər

Oxşar xəbərlər