
Ümumi
4-12-2021, 08:38
649
Müəllimlərin sertifikasiyası imtahanları ilə bağlı vebinarlar davam edir
TehsilForumu.Az - Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
Növbəti vebinar dekabrın 3-də “Sadə həndəsi fiqurların xassələri, statistika və ehtimal” mövzusunda keçiriləcək. Spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək.
Qeyd edək ki, Xəyalə Rüstəmzadə 2018-2019-cu illərdə MİQ imtahanlarında ən yüksək nəticə göstərib. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
Şərhlər