
Rəsmi
16-11-2021, 10:48
987
Cəbri kəsrlər" , "N-ci dərəcədən kök", "Ədədi və həndəsi silsilələr" və "Bərabərsizliklər" mövzusunda vebinar keçiriləcək.
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
TehsilForumu.Az xəbər verir ki, növbəti vebinar 16 noyabr saat 17:00-da "Cəbri kəsrlər", "N-ci dərəcədən kök", "Ədədi və həndəsi silsilələr" və "Bərabərsizliklər" mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd "Cəbri kəsrlər, "N-ci dərəcədən kök", "Ədədi və həndəsi silsilələr" mövzusuna dair müxtəlif növ tapşırıqların təhlilini riyaziyyat müəllimlərinin diqqətinə çatdırmaqdır. Vebinarda, həmçinin "Bərabərsizliklər" bölməsindən bərabərsizliklərin müxtəlif növlərinə aid maraqlı məsələlər təqdim olunacaq.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.
Şərhlər