Vətən müharibəsi qəhramanı Balayev Orxan Vidadi oğlu
2-12-2021, 07:32
646

Vətən müharibəsi qəhramanı Balayev Orxan Vidadi oğlu

Orxan Balayev 1998-ci il sentyabrın 18-də Quba rayonunun Alpan kəndində anadan olub.

TehsilForumu.Az məlumat verir ki, Azərbaycan Ordusunun giziri olan , Orxan Balayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

Orxan Balayev oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

30 noyabr 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Alpan kəndində Vətən Müharibəsi şəhidi, gizir Balayev Orxan Vidadi oğlunun il mərasimində iştirak etmişlər.
 
Şəhidlərimizə Allah rəhmət eləsin Amin
0 0

Şərhlər

Oxşar xəbərlər