Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq
20-02-2025, 12:14
211

Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TehsilForumu.Az-a verilən məlumata əsasən ,“3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.


Nigar Məmmədova Əlimirzəyeva 
0 0

Şərhlər

Oxşar xəbərlər