“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat ELAN EDİLDİ
25-01-2025, 12:15
247

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə “Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edir.

DİM-dən TehsilForumu.Az-a bildirilib ki, proqramda iştirak etmək istəyənlər fevralın 10-dək müraciət edə bilərlər.

Üç ay davam edəcək proqram müddətində qiymətləndirmə və statistika sahəsi üzrə təlimlərin keçirilməsi, real datalar əsasında praktik tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub.

0 0

Şərhlər

Oxşar xəbərlər