Bu il açılacaq yeni təhsil müəssisələri... - RƏSMİ CAVAB
18-01-2025, 09:30
319

Bu il açılacaq yeni təhsil müəssisələri... - RƏSMİ CAVAB


2025-ci ildə əksər sahələrdə olduğu kimi, təhsil sektorunda da yeniliklər olacaq. Paytaxt və regionlardakı təhsil müəssisələrində təmir-tikinti işləri aparılır və yeni təhsil müəssisələri istifadəyə veriləcək.


Elm və Təhsil Nazirliyi bu il neçə məktəbin istifadəyə veriləcəyinə aydınlıq gətirib.

TehsilForumu.Az bidirir ki, nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır.


Eyni zamanda qeyd edilib ki, 22-si ümumi təhsil olmaqla 27 təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.

0 0

Şərhlər

Oxşar xəbərlər