
Ümumi / Rəsmi
25-12-2024, 17:00
211
Matəm günü tədris ənənəvi qaydada davam edəcək
Matəm günü, dekabrın 26-da Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.
Bu barədə TehsilForumu.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.
Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
Şərhlər