Universitetlərdə semestr imtahanlarının praktik üsulla keçirilməsi təklif olunur
6-12-2024, 17:00
98

Universitetlərdə semestr imtahanlarının praktik üsulla keçirilməsi təklif olunur

Artıq universitetlərdə imtahan sessiyasına az qalıb. Müşahidələrimizə əsasən deyə bilərik ki, bir çox universitetlərdə imtahanlar müxtəlif üsullarla – yazılı, şifahi və ya test formasında keçirilir.


Maraqlıdır, bu imtahan üsullarından hansı daha effektivdir?

TehsilForumu.Az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, universitetlər imtahan prosesində tələbələr üçün faydalı hesab edilən formadan istifadə etməlidirlər:

“Universitetlərdə imtahanların test, yazılı və ya şifahi formada keçirilməsini müəssisə özü müəyyənləşdirir. Ancaq bəzən universitetlər imtahan prosesində asan versiyadan istifadə edirlər. Bu üsullar arasında test imtahan modeli ən uyğun hesab olunsa da, bəzi əmmalar var. Test üsulu bütün ixtisaslar üçün effektiv deyil. Məsələn, jurnalistikada təhsil alan bir tələbənin janrlardan imtahanı test və ya yazılı formada verməsi nə qədər effektiv ola bilər ki?

Yaxşı olardı ki, bəzi ixtisaslarda, bir sıra fənlərdə imtahan praktiki formada keçirilsin. Məsələn, jurnalistika tələbəsi imtahan üçün reportaj hazırlayıb təqdim etsin. İnformasiya texnolologiyaları yönümlü ixtisaslarda tələbələrin müəyyən bir proqram hazırlayıb təqdim etmələri daha faydalı olar. Tələbələr özlərini indidən iş mühitində hiss etməli, praktik bacarıqlarını ortaya qoymalıdırlar”.
0 0

Şərhlər

Oxşar xəbərlər