Ümumi
6-12-2024, 12:30
70
Abituriyentlərin NƏZƏRİNƏ - Yaxın 10 ildə bu ixtisaslara tələbat olacaq - SİYAHI
“Əmək bazarında informasiya texnologiyalarının inkişafı və digər müvafiq amillər nəticəsində yeni ixtisas sahiblərinə ehtiyac yaranıb”.
TehsilForumu.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.
Ekspert bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı əsasında artıq ixtisasların təsnifatı müəyyənləşdi:
"Bakalavr pilləsində yeni ixtisaslar yaradılıb. Yəni, növbəti ildən həmin ixtisaslara tələbə qəbulu həyata keçiriləcək və kadr hazırlığı aparılacaq. Bu ixtisaslara əlbəttə ki, tələbat mövcuddur və dövrün tələbləri əsasında onlar artıq bakalavr pilləsində yer alıb. İxtisaslara tələbatın olması isə o deməkdir ki, əmək bazarında informasiya texnologiyalarının inkişafı və digər müvafiq amillər nəticəsində yeni ixtisas sahiblərinə ehtiyac yaranıb”.
Ekspert yaxın 10 il ərzində tələbat olacaq ixtisasların siyahısını qeyd edib:
“Həmin ixtisaslar arasında kibertəhlükəsizlik mühəndisi, maliyyə meneceri, data mühəndisi, səhiyyə mühəndisi, psixi sağlamlıq mühəndisi, yeni energetika mühəndisi, innovasiya meneceri, süni intellekt mühəndisi, ağıllı şəhər və ev mühəndisi, rəqəmsal transformasiya mütəxəssisi, iqlim müdafiəçisi, big data analitiki, IoT mütəxəssisi, maliyyə texnologiya mühəndisi, ağıllı nəqliyyat mühəndisi, proqram tərtibatçıları, yaradıcılıq mühəndisi, rəqəmsal marketinq mütəxəssisi, xəstəxana mühəndisi, tullantı meneceri, gen mühəndisi, istedadlar meneceri, elektron ticarət mütəxəssisi və kvant maşın öyrənmə analitiki kimi ixtisaslar yer alır.
Yeni ixtisasların təhsilin inkişafına təsiri məsələsinə gəldikdə, burada yalnız təhsil istiqamətində deyil, digər sahələrdə də inkişafın müşahidə olunacağı gözlənilir. Çünki burada maliyyə, təhsil, sosial və siyasi sahələr də əhatə olunur. Bütün bu sahələrdə yeni dövrün tələbələrinə uyğun ixtisasların olması və kadr hazırlığının həyata keçirilməsi həmin sahələrin inkişafına böyük töhfə verəcəkdir”.
Şərhlər