Kamran İmanov: Əqli mülkiyyətin iqtisadi və sosio-mədəni təsiri təhlil edilməlidir
2-12-2024, 10:25
235

Kamran İmanov: Əqli mülkiyyətin iqtisadi və sosio-mədəni təsiri təhlil edilməlidir

Bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yolu. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tədbiq etməyimizə dəstək göstərir.

TehsilForumu.Az-ın məlumatına əsasən, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dekabrın 2-də “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarla əlaqədar keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, CEDM – kreativ iqtisadiyyatın data (məlumat) modelidir. CEDM model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxşahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə almasına imkan yaradan alətdir.

Burada kreativ məhsul istehsalatı olan institutsional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir.

Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.

“Bir mütəxəssis kimi mən bu yanaşmanın vizuallaşmasının, açıqlanmasının tərəfdarıyam. Çünki onun kökləri əqli mülkiyyətin yenidən dərk edilməsindən irəli gəlir, daha sistemli yanaşmanın təzahürüdür. Son illər beynəlxalq və yerli tədbirlərdə çıxış edərək, əqli mülkiyyət fenomeninin hüquqi, iqtisadi və sosio-mədəni aspektlərinin birgə təhlilinin tərəfdarıyam. Əqli mülkiyyəti təkcə hüquq (yurisprudensiya) mövqeyindən deyil, onun iqtisadi və sosio-mədəni təsirinin təhlil edilməsinin tərəfdarıyam”, - deyə Kamran İmanov bildirib.
0 0

Şərhlər

Oxşar xəbərlər