
Ümumi
27-11-2024, 09:00
198
13-cü mərtəbədən yıxılan məktəbli sağ qaldı
Rusiyanın Sankt-Peterburq şəhərində məktəbli qız 13-cü mərtəbənin eyvanından yıxılıb.
TehsilForumu.Az Lent.az-a istinadən xəbər verir ki, 12 yaşlı 6-cı sinif şagirdi 13-cü mərtəbədən yıxılıb. Hadisə noyabrın 25-də baş verib. Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlər məktəbli qıza çoxlu xəsarətlər, o cümlədən onurğa sınığı diaqnozu qoyublar. Hadisənin səbəbləri barədə heç nə məlum deyil. Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Şərhlər