Quba rayonunda qabaqcıl müəllimlər fəxri fərmanla təltif edilmişdir
10-12-2021, 17:34
384

Quba rayonunda qabaqcıl müəllimlər fəxri fərmanla təltif edilmişdir


TehsilForumu.Az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin 15.10.2021-ci il tarixli, K-1263 nömrəli əmrinə əsasən 5 oktyabr-“Beynəlxalq Müəllimlər Günü” münasibətilə rayonun bir sıra ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimləri fəxri fərmanlarla təltif edilmişdir:

1.Quba şəhər H.Əliyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi-Babayeva Arzu Rafiq qızı;

2.Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət fənlər təmayüllü məktəb-liseyin coğrafiya müəllimi-Vəliyeva Vüsalə Nəriman qızı;

3.Quba rayon M.Niftəliyev adına Texniki təmayüllü liseyin coğrafiya müəllimi-Zeynəddinov Elmar Hikmət oğlu;

4.Quba rayon İ.Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbin coğrafiya müəllimi-Tayıbov Ramiz Rafiq oğlu.

Təltifləri Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev təqdim edib.

 Uğurlar arzulayırıq!



0 0

Şərhlər

Oxşar xəbərlər