6 dekabrdan etibarən DİM-də vətəndaşların qəbulu şöbəsi Mərkəzin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək
6-12-2021, 05:56
668

6 dekabrdan etibarən DİM-də vətəndaşların qəbulu şöbəsi Mərkəzin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək

TehsilForumu.Az - Dövlət İmtahan Mərkəzində vətəndaşların qəbulu şöbəsi 6 dekabr 2021-ci il tarixindən etibarən Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu həftənin I-V günləri saat 9:00-dan 17:00-dək həyata keçirilir. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Xatırladaq ki, vətəndaşlar öz müraciətlərini Mərkəzə gəlmədən, 1653 "Çağrı xidməti" vasitəsilə də edə bilərlər. Onlar Mərkəzin [email protected] elektron poçt ünvanına yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

Dövlət İmtahan Mərkzinin digər şəhər və rayonlarda yerləşən regional bölmələri və əlaqə vasitələri ilə buradan tanış ola bilərsiniz.


0 0

Şərhlər

Oxşar xəbərlər