Bakıda 45 nömrəli məktəb koronavirusa görə bağlanıb
30-11-2021, 19:48
1 219

Bakıda 45 nömrəli məktəb koronavirusa görə bağlanıb

Bakıdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TehsilForumu.Az - a verilən məlumata görə, məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər