Koronavirusa görə distant təhsilə keçən liseyin karantin müddəti uzadılıb.
29-11-2021, 10:35
439

Koronavirusa görə distant təhsilə keçən liseyin karantin müddəti uzadılıb.

Koronavirusa görə noyabrın 12-də distant tədrisə keçən Məktəb Lisey Kompleksinin karantin müddəti uzadılıb.

Bu barədə TehsilForumu.Az - a cavab olaraq ,  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında, təhsil müəssisəsi dekabrın 3-nə qədər distant formada fəaliyyət göstərəcək.

Xatırladaq ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğundan komplekdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunmuşdu.


0 0

Şərhlər

Oxşar xəbərlər