Təhsil Nazirliyi: “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə layihə qəbul olunur
28-11-2021, 14:29
778

Təhsil Nazirliyi: “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə layihə qəbul olunur

TehsilForumu.Az - eTwinning” üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur.



Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.



Müsabiqəyə aşağıda qeyd olunan şərtlərə cavab verən layihələr ilə istənilən “eTwinning” müəllimi qoşula bilər:



-Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlmiş olmalıdır;



-Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır;



-Avropanın 3 ölkəsinin müəllimlərinin cəlb olunduğu beynəlxalq layihə olmalıdır;



-Layihə milli kurikuluma əsaslanmalıdır;



-Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır;



-İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir.



Müsabiqəyə təqdim olunan layihələr üzrə dekabrın 15-i saat 23:59-dək “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır.

 Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. 

Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq , beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər