
Rəsmi
27-11-2021, 16:45
534
Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyən şagirdlərin nəzərinə!
TehsilForumu.Az xəbər verir ki, Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.
Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə noyabrın 10-dan start verilib.
Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.
Şərhlər