Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi davam edir
24-11-2021, 11:25
518

Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi davam edir

TehsilForumu.Az Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.


Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.


Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər