Rəsmi
26-11-2021, 07:21
552
Kolin Qibsonun ASAPES magistrantları üçün praktiki dərsləri davam edir
TehsilForumu.Az xəbər verir ki, High Park Communications” şirkətinin təsisçisi və direktoru, Strategiya, Rəqəmsal və Media İdarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru olmuş Kolin Qibson Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçməkdədir.
Praktiki dərslər çərçivəsində Kolin və idman jurnalistikası tələbələri Azərbaycan Televiziyasına səfər ediblər. Səfər zamanı studiyalarla, canlı yayım otaqları və departamentlərlə tanış olub, işlərin gedişini izləyiblər. Səfər zamanı İdman TV kanalının rəhbərliyi ilə də görüş olub. Görüşdə idman
jurnalistikasının barədə müzakirə aparılıb.
Media mərkəzində keçirilən növbəti praktiki dərs zamanı məqalə hazırlamaq üçün idman oyunu öncəsi araşdırmalar, oyun zamanı diqqət edilməsi lazım olan məqamlar, xəbər hazırlanmasında edilən səhvlər haqqında müzakirələr aparılıb.
Tələbələrlə təkbətək fikir mübadiləsi aparan Kolin, onların qrup və fərdi söhbət zamanı davranışını nəzərdən keçirib.

Şərhlər