Kolin Qibson magistrantlara "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir
24-11-2021, 21:29
476

Kolin Qibson magistrantlara "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir

High Park Communications” şirkətinin təsisçisi və direktoru, Strategiya, Rəqəmsal və Media İdarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru Kolin Qibson (Colin Gibson) ASAPES Multimedia Mərkəzində magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir.

TehsilForumu.Az  xəbər verir ki, Media mərkəzində keçirilən ilk praktiki dərs zamanı tələbələr ayrı-ayrılıqda Kolin Qibsonu müsahibə ediblər.

Müsahibə üçün əvvəlcədən Kolin haqqında araşdırmalar edən tələbələr maraqlı suallar hazırlayıblar. Tet-a-tet müsahibə sonrasında tələbələr məqalə hazırlayıb müzakirələr ediblər.
0 0

Şərhlər

Oxşar xəbərlər