Azərbaycanda tələbə qız küçənin ortasında döyüldü
20-11-2021, 07:40
256

Azərbaycanda tələbə qız küçənin ortasında döyüldü

Ağcabədidə tələbə qız döyülüb.


TehsilForumu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-u saat 15:30-da rayon ərazisindəki "Seyidlər" marketin qarşısında qeydə alınıb.


Məlumata əsasən, marketin qarşısında tələbə qız başqa bir qız tərəfindən döyülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a məsələ ilə bağlı məlumatlı olduqlarını bildirib.


Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.
0 0

Şərhlər

Oxşar xəbərlər