"Zəfər salnaməsi şagird tədqiqatlarınd"  layihəsi - Aliyə Əhmədova
5-12-2021, 11:38
417

"Zəfər salnaməsi şagird tədqiqatlarınd" layihəsi - Aliyə Əhmədova

15 sentyabr 2021-ci il tarixindən öz fəaliyyətinə başlay an Təhsildə İnkişaf və İnnovasiyar üzfə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Zəfər Salnaməsi şagird tədqiqatlarında” layihəsi icra planına uyğun olaraq işlərini davam etdirir.  Layihənin icra planına uyğun olaraq aşağıdakı işlər icra olunmuşdur:

  • Sumqayıt şəhərinin ümumtəhsil məktəblərindən olan 50 nəfər 8-ci sinif şagirlərin müəyyən olunması
  • Şagirdlərə “Vətən məndən başlayır”, 2-ci Qarabağ müharibəsi, tədqiqat bacarıqları, təqdimat bacarıqları, e-resursların hazırlanması kimi təlimlərin keçirilməsi
  • Şagirdlərin “44 günlük Vətən müharibəsi” və  öz məktəblərinin şəhid məzunlar ilə bağlı ətraflı  və məqsədyönlü tədqiqatlar aparması
  • Şagirdlərin müxtəlif e-resurslar hazırlayaraq təqdimatlar etməsi
  • General Polad Həşimov adına muzeyin ziyarət edilməsi
  • “Xudafərin körpüsü” mövzusunda Şirincan Məmmədovanın seminarının təşki edilməsi
  • 44 günlük Vətən Müaharibəsinin, eyni zamanda 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, xidmətlərinə görə 5 medalla təlitif olunmuş polkovnik-leytenant Qafur Hüseynovun və qazi Elburus Mikaylovun layihə şagirdləri ilə görüşü
  • Azərbaycanın Milli Qəhrəmanı, 44 günlük Vətən müharibəsinin şəhidi polkovnik Şükür Həmidovun ev muzeyinin şagirdlərlə birgə ziyarət edilməsi
  • Şagirdlərin “44 günlük Vətən müharibəsi”  və öz məktəblərinin şəhid məzunlar ilə bağlı tədqiqat materialları  kitabça şəkilində çapına hazırlıq işləri

 



"Zəfər Salnaməsi şagird tədqiqatlarında” layihəsi çərçivəsində fəaliyyətlər əyani və distant formada icra edilir. Layihə rəhbəri , 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinovun qeydinə əsasən, "Zəfər Salnaməsi şagird tədqiqatlarında” layihəsinin məqsədi Sumqayıt şagirdlərinin “44 günlük Vətən müharibəsi” və  öz məktəblərinin şəhid məzunlar ilə bağlı ətraflı  və məqsədyönlü tədqiqatlar aparması, Azərbaycan, rus və ingilis dillərində müxtəlif e-resurslar hazırlayaraq “Zəfər salnaməsi”nin öyrənilməsinə öz töhfələrini verməsidir.



 

0 0

Şərhlər

Oxşar xəbərlər