Təhsildə İnkişaf və innovasiyalar üzrə qrant müsabiqə çərçivəsində həyata keçirilən  “Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab”   layihəsi
17-11-2021, 12:53
630

Təhsildə İnkişaf və innovasiyalar üzrə qrant müsabiqə çərçivəsində həyata keçirilən “Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” layihəsi

Təhsildə İnkişaf və İnnovasiyalar üzfə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” layihəsi 1 oktyabr 2021-ci il tarixindən öz fəaliyyətinə başlayıb və icra planına uyğun olaraq işlərini davam etdirir.  


Qeyd edək ki, layihənin məqsədi yetkinlik dövründəki şagirdləri Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına hədəflənən fəaliyyətlərə cəlb etməklə, onların dayanıqlı psixososial və emosional inkişafını nəzarətdə saxlamaq, ümumbəşəri dəyərlərlə yetişməsi üçün keyfiyyətli emosional və yaradıcı tədris mühitini təmin etməkdir.




Oktyabr və noyabr ayları ərzində şagirdlər əyani və onlayn olmaqla aşağıdakı məzmunlu layihələrə və fəaliyyətlərə cəlb edilmişlər:

  • Maker fəaliyyətləri: Külək turbini, gəmi modeli, Dron modeli, paraşüt modeli dizayn etmək və təqdim etmək;
  • Şagirdlərin öz potensial və maraq dairələrini aşkarlamaq məqsədi ilə psixoloqla canlı görüşləri;
  • “Qarabağın yenidənqurma və bərpa sərgisi”ni ziyarət
  • 3D dizayn bacarıqları, proqramlaşdırma bacarıqları təlimləri və s.

Layihə rəhbəri, 201 nömrəli tam orta məktəbin fizika müəllimi Lalə Hüseynovanın sözlərinə görə layihəyə cəlb olunmş şagirdlər real problem mövzuları ətrafında Dayanıqlı İnkişaf məqsədlərinə uyğun həll yolları ətrafında məhsul dizayn etməsi və maker fəaliyyətində olaraq , təqdimat etməsi prosesi, şagirdlərin 21-ci əsr bacarıqlarının inkişaf etdirilməsi istiqamətində qurulmuşdur.




Qeyd edək ki, “Dayanıqlı emosional inkişaf mühiti- Maker Lab” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar V Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib.

 

Layihə  təlimçisi:  Aliyə Əhmədova 

 

0 0

Şərhlər

Oxşar xəbərlər