“Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlər təşkil olunub
23-12-2021, 05:54
604

“Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlər təşkil olunub

Son illər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələr, layihələr təhsil işçiləri tərəfindən müsbət qarşılanır. 2021-ci ilin son aylarında icra edilən “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlər də yaddaqalan olub.


TehsilForumu.Az bildirir ki, Təhsil Nazirliyi  noyabrın 22-dən start götürən təlimlərin böyük hissəsi yekunlaşıb, bir qismi isə hazırda davam edir. Təlimlərə ölkənin bütün rayon və şəhərlərindən 3000-dən çox təhsilverən qatılıb. Qeyd edək ki, təlimlərə ümumilikdə 4371 təhsilverənin cəlb edilməsi nəzərdə tutulub. Təlimləri uğurla bitirən təhsil işçilərinə sertifikatlar təqdim edilib.


Təlim ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, “Logical Framework” (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi, hədəf dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının artırılmasına hədəflənib.


Təlimlər 36 akademik saat olmaqla beynəlxalq və yerli müstəvidə geniş təcrübəyə malik təlimçilər tərəfindən keçilib.
0 0

Şərhlər

Oxşar xəbərlər