Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir
9-06-2024, 12:33
195

Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir

TehsilForumu.Az 

 Türk Dövlətləri Təşkilatına üzv  ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
                                                                                                                                           
                            İLHAM ƏLİYEV 

Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin milli kimliyinin qorunması, onların assimlyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçvəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.Bu gün işğaldan azad edilən topparlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir sıra layihələr həyata keçirilməkdədir. Ölkə başçısı görüşdə bildirib ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksək vəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.Prezident TDT zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi məna daşıdığını da vurğulayıb. , Şuşa 4 ilə yaxındır işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya, eləcə də Azərbaycanın işğaldan edilmiş digər bölgələrinə səfərlər ediblər. Bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır.Biz bu torpaqları qoruyub , saxlamalı gələcək nəsillərə ötürməliyik.Biz bu torpaqları geri qaytarmaqdan ötrü canımızdan keçmişik ! Son onillikdə Türk dünyasının böyük bir ailə olmasını təsdiq edən daha bir amil Türk dünyasına daxil olan Dövlətlərin bir araya gəlməsi, onun təşkilatlanması və Türk Dövlətləri Təşkilatı adlı bir beynəlxalq təşkilatda birləşməsi ilə özünü göstərir.Dövlətimizin başçısı qeyd etmişdir , Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz tövhəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.Azərbaycan xalqı bu birliyi , qardaşlığı qoruyub saxlamalı , gələcək nəsillərə ötürməlidir....!

Yap Quba rayon Təşkilatıının fəal üzvü Nigar Əli qızı Məmmədova
0 0

Şərhlər

Oxşar xəbərlər