Yeni tərkibdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
1-06-2024, 07:08
269

Yeni tərkibdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

TehsilForumu.Az - a verilən məlumata görə Mayın 31-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda İctimai Şuranın sədri, sədr müavini və katibi seçilib.  

Yeni dönəmdə sədr pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə, sədr müavini “Yuva” Humanitar Mərkəzi İctimai Birliyi və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, katib isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi Günay Əkbərova olacaq.

İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri ətraflı müzakirə edilib, Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Nəticədə isə namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə Şuraya üzv seçilib.

7 / 7
1 0

Şərhlər

Oxşar xəbərlər