Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Füzuliyə səfər ediblər
31-05-2024, 20:59
231

Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Füzuliyə səfər ediblər

TehsilForumu.Az - a verilən məlumata görə Mayın 31-də Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Füzulidə səfərdə olublar. 

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.

Qonaqlar eyni zamanda məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş guşə ilə tanış olublar.
0 0

Şərhlər

Oxşar xəbərlər