“3-5 alimimizin beynəlxalq jurnallarda məqalə dərc etdirməsi ilə təsəlli tapırıq” — AÇIQLAMA
31-05-2024, 13:52
301

“3-5 alimimizin beynəlxalq jurnallarda məqalə dərc etdirməsi ilə təsəlli tapırıq” — AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı qeyd etdi ki, alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Onun fikrincə 5 il heç nə yazmayan adama alim demək olmaz: “Kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmaqdır. Görəndə ki, adam həmin müddətdə heç nə yazmayıb səmimi olaraq 5 il heç nə yazmayıbsa, ona alim kimi baxmıram. Başqa insanların da bu məqalələrdən yararlanması da yazılan işin keyfiyyətini müəyyən edir".

Nazirin fikirlərinə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, ötən ilin statistikasına görə, ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 127 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. O,açıqlamasında bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,5 mindən artıq mütəxəssisin məşğul olduğunu, onların da 73 faizinin tədqiqatçılar olduğunu diqqətə çatdırıb:

“Həmin mütəxəssislərin 37,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər”.

Nadir İsrafilov onu da əlavə edib ki, digər tərəfdən ali təhsil ocaqlarında və Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən xeyli sayda alimlər var ki, onlar müxtəlif elmi adları və dərəcələri daşıyırlar: 
0 0

Şərhlər

Oxşar xəbərlər