Uşaqlar bizim gələcəyimizdir
31-05-2024, 13:42
301

Uşaqlar bizim gələcəyimizdir

TehsilForumu.Az -   1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar tək yetişdirməlidirlər. Ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılıdır. Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət, həm də şərəfdir. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Bu yenilikləri şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin hər bir dövrün cağırışlarına uyğun addım ataraq, qabaqcıl texnologiyaların tətbiqi ilə uğurların davamlılığını təmin etməsidir. Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi imkan veir ki iş prosesində problemin həlli diqqətdə saxlanılsaın. Şubhəsiz, uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasi, onların yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları kimi hazırlaması işimizin əsas nəticəsidir.
    Ölkəmizin gələcəyi olan uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasina, onların yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları kimi hazırlaması işimizin əsas nəticəsidir. Təbii bu uğurların əsası orta məktəbdə, ilkin olaraq ibtidai təhsil pilləsində qoyulur. Məhz ibtidai təhsil pilləsində biz uşaqlarımıza Vətən sevgisi,İnsan sevgisi, Milli zəmində Bəşəri dəyərlərin mənimsədilməsi ,onların sağlam düşüncə tərzinin formalaşdırılması, dövlət atrubutlarına hörmət kimi keyfiyyətlərin inkişafına nail olmağımızin nəticəsində cəmiyyətimizə öz tövhəmizi veririk. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət, həm də şərəfdir. Şagirdlərdə bədii zövqün formalaşması fəal həyat mövqeyi ilə yanaşı, yaradıcı əmək prosesi ilə şərtlənir. Əgər şagirdlərdə düzgün zövq yarada bilsək, onda onlar ətraf aləmi sevərək, ona qayğı ilə yanaşaraq, həyatlarını gözəllik qanunları əsasında qururlar. Əlbəttə, gözəllik məfhumu mürəkkəb və çoxcəhətlidir. Onun ilk mənbəyi bizi əhatə edən həyatdır. Gözəllik həyatın özüdür. Gözəllik insan qəlbi ilə gözəllik qanunları arasında rəftar, insan şüurunun ən dərin guşələrinə nüfuz etmək, onu ehtizaza gətirmək, insana öz qüvvəsini anlatmaq, insanı ucaltmaq, yüksəlmək kimi bir qüdrətə malikdir. Bəşər övladı gözəlliyin xoş qanadlarını öz üzərində daha dərindən duymağa başlamışdır.
       Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar yetişdirməlidirlər. Şagirdlər Azərbaycan torpağında tarixən mövcud olan həyat tərzindən, ictimai-iqtisadi quruluşlarda daha yaxşı və həqiqi gözəllikdən ayrılmaz olduğunu, ictimai münasibətlərdəki ülviliyin və eybəcərliyin əsl mahiyyətini, hansı cəmiyyətdə adamlara daha böyük gözəllik yaratmağa qadir olduğunu ətraflı şəkildə məhz bu dərslərdə öyrənir. Vətən sözü insanlarda daha dərin və əziz hisslər oyadır. Vətənə məhəbbət öz xalqına məhəbbətdir.
 Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları,
vətənpərvərlik ruhunda böyümələri bizim ən mühüm vəzifəmiz, müqəddəs borcumuzdur. Gənc
nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək və gənclərdə ruh yüksəkliyi yaratmaq, öyrənməyə həvəsi artırmaq üçün çalışmalıyıq. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı,
birgə fəaliyyət göstərməlidir. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib
tərbiyəsi, onlarda ölkə, Vətən məsələlərdən biri olmalıdır.
      Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Vətənpərvərliyin kökündə öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
Uşaqlarımız Azərbaycan xalqının dili, dini, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin biliklərə malik olmalı, fəaliyyətində, münasibətlərində onlara istinad etməlidir. Gerçəkliyi estetik qavramaq, gözəlliyi duymaq, dərk etmək qabiliyyətinə, müasir texnika və kommunikasiya vasitələrinə dair bilgilərə, tələbatlarına uyğun olanlardan ilkin istifadə bacarıq və vərdişlərə malik olmalıdır.
Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə və sabahına da hamımız cavabdehik: əməyimizlə, lazım gəlsə canımızla və qanımızla. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlaımızın ruhu dolaşır. Vətəni bizlərə babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuş, onu qorumuşlar. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, yəqin ki, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq, Vətənimizi düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız doğma Vətəni həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər.
Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Bizim gələcəyimiz olan uşaqları nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Gəlin bunu heç zaman unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir, hamımız onların xoş gələcəyinə çalışaq.
Unutmayaq:-Uşaqlara qayğı göstərmək, onları qorumaq, müdafiə etmək hər  birimizin borcudur.

   
 Zülfiyyə Vəliyeva 
 Respublikanın Əməkdar müəllimi    
Respublika Jurnalistlər Birliyinin üzvü
0 0

Şərhlər

Oxşar xəbərlər