Prezident İlham Əliyevin andı: Nigar Müəllimə Əlimirzəyeva
24-02-2024, 08:00
616

Prezident İlham Əliyevin andı: Nigar Müəllimə Əlimirzəyeva

TehsilForumu.Az xəbər verir ki, bir neçə il öncə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz Prezidentinin ətrafında  bir yumruq kimi birləşdi;Ali Baş Komandanının siyasətinə inandı və ona dəstək çıxdı. Xalqın bu qəhrəmanlığı Prezident İlham Əliyev cənablarına güc - qüvvət verdi. Xalq ona o xalqa inandı ,arxalandı.  Bu inam , bu etibar boşa çıxmadı. Azərbaycan xalqı öz arzusuna çatdı , Qarabağ həsrəti geridə qaldı. Vətən uğrunda ölən varsa Şəhiddir . Şəhidlərimizə rəhmət diləyirik, Qazilərimizə cansağlığı arzulayırıq, onlar canlı Şəhiddirlər ...Biz Şəhidlərimizlədə , Qazilərimizlədə qürur duyuruq. Çünki onlar Prezidentimizin siyasətinə inandı,güvəndi. Torpaqlarımızı düşmən taptağı altından  xilas etdi.Bu gün artıq Qarabağımızın rayonlarına mərhələli olaraq , köç başlayıb. Bitdi Vətən həsrəti , bitdi qəriblik , arxada qaldı 32 il Vətən həsrəti.Bu birliyi olduğu kimi qoruyub , saxlamaq üçün   məhz Azərbaycan xalqı 7 Fevralda da öz Prezidentini seçdi. Bu bir daha yadlara sübutdur dəmir yumruq hər zaman var olacaq ! CƏNAB İLHAM ƏLİYEV HEYDƏR oğlu bu müstəqilliyin , əmin-amanlığın qorunub , sağlanması üçün əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söylədi.Bizdə bir daha  Prezidentimiz Ilham Aliyev cənablarına işlərində uğurlar arzulayırıq.

Yap Quba rayon Təşkilatının fəal üzvü Nigar Əli qızı Məmmədova
0 0

Şərhlər

Oxşar xəbərlər