YAP Quba rayon Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi
23-02-2024, 19:22
324

YAP Quba rayon Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi

TehsilForumu.Az məlumat verir ki , Fevralın 23- də Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Quba şəhəri, Nəriman Nərimanov küçəsi, (Soyqırım Memorial Kompleksi) ünvanında yerləşən ərazi partiya təşkilatında Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova və YAP Quba rayon təşkilatının, eləcə də Kompleksin əməkdaşları iştirak etmişlər. 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr.Rəxşəndə Bayramova Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımın 32-ci ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda, qələbə əhvali-ruhiyyəsi ilə anılacağını bildirib.
Daha sonra çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib. 
Tədbir Kompleks əməkdaşlarının mövzu ətrafında hazırladıqları məqalələrlə çıxış etməsi ilə davam edib.
0 0

Şərhlər

Oxşar xəbərlər