Müəllim şagird münasibətləri necə tənzimlənməlidir?
22-02-2024, 18:34
322

Müəllim şagird münasibətləri necə tənzimlənməlidir?

"Təhsil müəssisələrimizdə təhsilin keyfiyyəti artırılması istiqamətində müzakirələr aparılsa da nəticə gözlənilən olmur. Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hadisələr bunun bariz nümunəsidir. Müəllimlərin şagirdlərlə düzgün dialoqa girməməsi, psixoloqların daim şagirdlərlə danışmaması nəticəsində bu kimi problemlər yarana bilir. Bəzi uşaqlar həddən artıq sakit, bəziləri isə həddən çox gərgin olurlar".Bu sözləri  təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, əslində, pis müəllim, pis şagird yoxdur. Müəllim və şagird arasında yaxşı və ya pis münasibət var. Ancaq yaxşı və ya pis münasibət qurmaq şagirdin deyil, müəllimin məsuliyyətindədir. Müəllim şagirdi ilə arasında olan pis münasibətdən dolayı, heç bir bəhanə irəli sürməməlidir. Sadəcə, ailə ilə əməkdaşlıq edərək köməyini əsirgəməməlidir.

"Müəllim nifrət edilən bir şəxs deyil, sevilən, sinifdə daim axtarılan və gözlənilən bir sima olmalıdır. Bir məktəbdə məktəb direktoru tərəfindən nümayiş etdirilən liderlik nə qədər vacibdirsə, sinifdə müəllim tərəfindən nümayiş etdirilən liderlik də , bir o qədər əhəmiyyətlidir. Müəllim şagirdlərinə bilik, bacarıq aşılamaqdan başqa, həm də onlara sevgi, hörmət, sədaqət, dostluq, intizam, qayda-qanun kimi anlayışları da qazandırmalıdır. Hər şeydən əvvəl müəllimlərin dərslərini maraqlı hala gətirmələri, şagirdlərində bir öyrənmə istəyi oyatmaqla onlara öz inkişafları uğrunda tədqiqatçı bir kimlik vermələri lazımdır".
0 0

Şərhlər

Oxşar xəbərlər